Əgər qanunlar zibildirsə və ruhi xəstəxana pasientlərinin təxəyyülünün məhsuludursa...

2022-06-11 00:27:00

Əgər qanunlar zibildirsə və ruhi xəstəxana pasientlərinin təxəyyülünün məhsuludursa...

"Oğlum, Vətən nə deməkdir?

Nədən bir çoxları onu müqəddəs hesab edir, məmur aparatını əhalidən ayırır? Yəni biz xalqı deyil, hakimiyyəti, siyasətçiləri, ictimai xadimləri tənqid edirik. Vətəni biz sevirik, ona məftunuq. Bu zaman Vətənin və xalqın nə olduğunu izah etmirik, ölkəni xalqın bir parçası olan və demokratik cəmiyyətdən söhbət gedirsə, xalqın özünün seçdiyi rəhbərlərdən ayırırıq".

 

Moderator.az xəbər verir ki, bu barədə "9-cu kanal" nəşrində dərc edilən publisistik məqalədə söhbət açılıb.

 

"Vətənpərvərlər hesab edir ki, Vətən dövlət qanunları ilə birgə cəmiyyətin təşkilinin hansısa ideoloji və siyasi formasıdır, həm də bu qanunlara nəinki yalnız bu ölkənin vətəndaşları, həm də "paytaxtımızın qonaqları" da tabe olmalıdır.

 

Bəs əgər qanunlar zibildirsə, ruhi xəstəxana pasientlərinin xəstə təxəyyülünün məhsuludursa, biz yenə onları sevməliyik, onları dəyişməyə, ləğv etməyə və düzəltməyə cəhd etməməliyik? Yox, bu, mənlik deyil.

 

Bəlkə Vətən təbiət deməkdir? Axı, hamı ağaclardan sulu tropik meyvələr sallanan və moruq bitən sahildə, yumşaq, isti iqlimdə yaşamır. Bir çoxları sərt səhra şəraitində yaşayır, su qıtlığından və acından əziyyət çəkir, əbədi donuşluqda və ya çöllərdə qurşağadək çirkabın içində yaşayır.

 

Mən öz daimi yaşayış yerini yalnız təbii şəraitinə görə tərk edən çox adamlar tanıyıram. Yox, onlar həsrət çəkmir, nostalji keçirmir. Tam əksinə.

 

Bəlkə, Vətən dostlarımızın, qohumlarımızın, uşaqlıq xatirələrimizin qaldığı yerlərdir? Bu, tamamilə mümkündür. Bəs doğulduğu yerdə heç kimi olmayanlar, uşaqlıqda qaçıb şütüyən yollar və yolayrıcıları tanınmaz halda olanda nə etməlidir?

 

Xalq və Vətən birdir?

 

Bəs bu xalq kimdir? Şəxsən mən yalnız tanıdığım, mənə əziz olanları sevə bilərəm. Bax, bunlar müxtəlif millətlərin və ölkələrin insanları ola bilər. Heç bəzən pislik edə biləcək qonşuların da olması mütləq deyil.

 

Ona görə də, məni bağışlayın, mən bəzilərinin Vətənə nədən belə canfəşanlıqla can atmasını anlaya bilmirəm. Bəlkə insanlar yaşa dolduqca öz itirilən uşaqlıq illərini tapmağa cəhd edir, tanış yerlərin insanda oyatdığı xatirələr dünyasına baş vurmaq istəyir? Amma bu, məzarlığa gəlib, hər halda bu dünyada olmayan adamı xatırlamağa bənzəyir. Daş plitələr altında, yəqin ki, sümüklər var, amma insan yoxdur...

 

Bəlkə, Vətən yaxşı olan yerdir? Amma hər yer yaxşı ola bilməz ki...Məsələn, bəziləri üçün əxlaqsızlıq və ya narkomanlar yuvası yaxşıdır. Odur ki, bundan da yan keçək.

 

"Vətən" kimi xülya olan anlayış siyasətçilərə və hərbçilərə lazımdır ki, istənilən anda vətəndaşlardan Vətən üçün canından keçməyi və tərəddüd etmədən "Vətən xainləri"ni parça-parça etməyi tələb etsin. Buna görə də bu mif dəstəklənir.

 

Yəqin ki, hər kəsin Vətən haqqında öz təsəvvürü var. Şəxsən mənim üçün Vətən mənim Vitebskdəki köhnə evimdir, mən orada 15 il öz ailəmlə yaşamışam. Mənim həyətim, mənim üç gavalı ağacı, qarağat kolları, pionlar (bəzək çiçəyi) və ləkdən qırıb yediyim şirin xiyarı olan bağım-bostanım, mənim doğulduğumdan az əvvəl vəfat edən ulu babamın əkdiyi hündür quşarmudu mənim üçün Vətəndir.

 

Bax, bunlar çoxdan bəri çoxmərtəbəli beton binanın altında dəfn edilən mənim Vətənimdir. Bu Vətəndən yalnız tutqun xatirələr qalıb, onlar isə, nə qədər qəribə də olsa, yaşa dolduqca daha parlaq olur..."

 

Müəllif: Rami Yudovin, yazıçı-publisist


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya