Əgər nüvə müharibəsi baş versə... - Putin

2022-08-02 09:25:00

Əgər nüvə müharibəsi baş versə... - Putin

Nüvə müharibəsinin qalibi ola bilməz və bu, heç vaxt baş verməməlidir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi Konfransının iştirakçılarına və qonaqlarına müraciətində deyil.

Putin Rusiya Federasiyasının ardıcıl olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin ruhuna əməl etdiyini bildirib:

“Müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli sazişlər üzrə öhdəliklərimiz də tam yerinə yetirilib. Biz nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi və bu müharibənin heç vaxt baş verməməli olduğunun və dünya birliyinin bütün üzvləri üçün bərabər və bölünməz təhlükəsizliyin tərəfdarıyıq”.

Putin, həmçinin Nüvə Silahının Yayılmaması Müqaviləsinə əməl edən bütün ölkələrin heç bir əlavə şərt olmadan dinc nüvə enerjisinə çıxış hüququna malik olmasını vacib sayıb. O bildirib ki, Rusiya nüvə enerjisi sahəsində təcrübəsini tərəfdaşları ilə bölüşməyə hazırdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067512