"Əgər Koçaryan, Sarkisyan və digərləri ürəklidirlərsə, Paşinyanı devirsinlər" - ZAUR MƏMMƏDOV
"Doğrudan da Paşinyanın qərarlarına qarşıdırlarsa, o zaman getsinlər Tavuşa, Gorusa, Mehriyə və hadisələrin qarşısını alsınlar"
"Əgər Robert Koçaryan, Serj Sarkisyan və digər qocamanlar ürəklidirlərsə, o zaman Nikol Paşinyanı devirsinlər və olacaqları öz gözləri ilə hakimiyyət kürsüsündən görsünlər". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Bakı Politoloqlar Klubunun rəhbərinin sözlərinə görə, "Qarabağ klanı" hakimiyyətə gələn kimi yeni müharibə və onun nəticəsi özlərinə də bəllidir: "Ona görə hazırda nə Koçaryan, nə də onun xarici çətiri Paşinyanı devirmək istəyindədir. Gələcək aylarda labüd olacaq hadisələrdə məsuliyyəti Paşinyanın üzərinə atmaq, ondan sonra isə onu devirmək üçün hərəkətə keçəcəklər. Təkrar edirəm, onlar Ermənistanın hansı addımlar atacağını bilirlər və məsuliyyətdən qaçırlar. Əgər doğrudan da Paşinyanın qərarlarına qarşıdırlarsa, o zaman getsinlər Tavuşa, Gorusa, Mehriyə və hadisələrin qarşısını alsınlar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az