"Əfvlə bağlı təqdim etdiyimiz siyahıdakı şəxslərin adlarını açıqlaya bilmərəm, etiraz edirlər" - Novella Cəfəroğlu

2022-04-29 13:35:00

"Əfvlə bağlı hazırlanan siyahıya təxminən 38-39 nəfər daxil edilib. Həmin siyahıda bizim kriteriyalara uyğun olaraq, blogerler, jurnalistlər, cəbhəçilər (Azərbaycan Xalq Cəbhəsi Partiyasını nəzərdə tutur-red) və Saleh Rüstəmlinin adı var. Yəni, siyasi motivlə həbs edilən, demək olar ki, hər kəsi siyahıya daxil etmişik. Siyahıya daxil edilənlərdən iki nəfər isə ömürlük məhbusdur. Təəssüf ki, heç kimin adını çəkə bilmərəm, çünki adını çəkmədiklərim sonra zəng edib etiraz edirlər".

Hurriyyet.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu bildirib ki, növbəti əfv sərəncamının imzalanması hökumətlə millət arasında atılmış böyük addım olar: "Bəzi məhbuslar ictimai fəal olmasalar da, müəyyən müddət məhbusluq həyatı yaşayıblar. Qoy, onlar da uyğun bilinərsə, azadlığa çıxsınlar. Biz bunların hər birini yazmışıq. Siyahıya daxil etdiklərimizdən əlavə uzun müddət məhbusluq həyatı yaşayanların əfvə düşməsi barədə fikrimizi ifadə etmişik. Ümid çoxdur, şükürlər olsun ki, amnistiya da 10 minə yaxın məhbusa aid edildi. Əfvə düşənlərin də sayı çox olsa, yaxşı olardı. Qoy, həmin insanlar da ailələrinə qovuşsunlar. Müharibədən sonra ümidlər çoxdur. Həmin məhbuslar inşallah elə evlərində islah olarlar".

Qeyd: Növbəti Əfv sərəncamının 28 May - Müstəqillik Günündə imzalanacağı gözlənilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya