"Əfran nə deyibsə, Allahı bilsin, özü bilsin" - ŞOK SÖZLƏR

2022-12-14 19:35:00

"Kəpəz" klubunun baş məşqçisi Tərlan Əhmədov əsas komandadan uzaqlaşdırılan Əfran İsmayılov haqda danışıb.

Təcrübəli mütəxəssis bu sözləri Misli Premyer Liqasının 17-ci turunda bu gün "Sabah"la keçirilən oyundan (2:2) sonra mətbuat konfransında deyib.

O, futbolçunun onun haqqında səsləndirdiyi sərt fikirlərə münasibət bildirib: “Əfran İsmayılov, Elvin Yunuszadə kimi oyunçular komandaya xeyir verə bilmədiyi üçün mən də gəncləşdirmə siyasəti aparıram. “Kəpəz”ə, Azərbaycan futboluna yeni nəsil gəlməlidir. Bugünə qədər nəticə verdiyim komandada adıma sözlər çıxdı. Susdum. İndi də, kim nə istəyir, desin. Deyirlər, müsahibə verib. Əfran nə deyibsə, Allahı bilsin, özü bilsin. Mən o barədə heç nə deməyəcəyəm".

Əhmədov söyləyib ki, bəzi futbolçuların əsas heyətdən göndərilməsinin altında heç nə dayanmır: "Gəncə futbolumuzun beşiyidir. Sonuncu dəfə nə vaxt azərbaycanlı futbolçu Azərbaycan millisində oynayıb? Mahmud Qurbanovdan sonra Gəncədən kimsə millidə oynayıb? O da, 12 ildir ki, futbol oynamır. Əfran İsmayılov və Elvin Yunuszadə zədələnib, komandaya kömək edə bilmirsə...Mən gəncləşdirmə siyasəti aparıram. Arzu Atakişiyev 2005-ci il təvəllüdlüdür, əsas komanda ilə məşq edir. İlqar Nadiri ilə söhbətimiz olub ki, Azərbaycanda yetərincə gənc futbolçular var. U-21 millisinə namizəd olanları komandamıza cəlb etmək istəyirik".\\Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.090637