Saat:16:46
Haqqımızda

Əfqanıstanın “Quantanamo”su – azad olmuş taliblər nələr danışdı?

2021-09-23 17:31:00

Əfqanıstanın “Quantanamo”su – azad olmuş taliblər nələr danışdı?

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Əfqanıstanı işğal eləməsindən sonra qurulan Baqram həbsxanasında illərlə həbsdə qalanlar onlara qarşı edilən insanlıqdan kənar zülmlərdən danışarkən deyiblər: “İnsan burada ya ölməli, ya da dəli olmalı idi”. Bu sözləri Baqram həbsxanasında illərlə həbsdə qalan 3 nəfər “Taliban” üzvü olan məhbus ABŞ hərbçilərinin dustaqlara qarşı etdiklərindən danışarkən söyləyiblər.

Baqram həbsxanası ABŞ tərəfindən 2002-ci ildə, Baqram Hava Bazasının ərazisində yaradılıb. “Qara zindan” kimi məşhurlaşan həbsxana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən idarə olunub. Buradakı 120 kamerada 5-6 min nəfər məhbus saxlanılıb.

Həbs olunduğu zaman 33 yaşı olan, 7 il 3 ay zindanda qalan Mevlevi Əbdülhəlim Şadim deyib: “Elə vaxt olurdu ki, 3 gün yemək yemirdik. Yuxarıdan gözümüzü yandıran maddə fısqırdırdılar. Yeməyə yarım əlcə çörək verirdilər”. Əhməd Davud Mənsuri də Baqram həbsxanasında ABŞ-ın insan hüquqlarının müdafiəçisi maskasının düşdüyünü bildirib. Əfqanıstanda mədrəsədə işləmiş Şükrullah Bəy isə deyib: “İnsan burada ya ölməli, ya dəli olmalı, ya da ikəst qalmalı idi. Məqsədləri bu idi. Burada heyvan belə yaşaya bilməz. İnsan necə yaşasın?”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR