Saat:03:06
Haqqımızda

Əfqanıstanı tərk edən ABŞ-ın qırıcıları talibləri bombaladı

2021-07-24 12:20:00

Əfqanıstanı tərk edən ABŞ-ın qırıcıları talibləri bombaladı

Hurriyyet.org xəbər verir ki, 21-22 iyul tarixlərində ABŞ-ın Əfqanıstandakı Taliban hədəflərinə 4 dəfə hava hücumu etdiyi iddia edilir.

“Vaşinqton Post” nəşrinin adının açıqlanmasını istəməyən mənbəyə istinadən yaydığı məlumatda ABŞ qırıcılarının Əfqanıstan qüvvələrinin tələbi ilə onlara dəstək olmaq üçün Talibanın güclü olduğu Qəndəhar və Kunduz rayonlarını bombaladığı bildirilir.

Talibanın mətbuat təmsilçisinin bu hücumların sülh razılaşması şərtlərini pozduğunu və “mənfi nəticələri olacağını” bəyan etdiyi xəbər verilir.

Bu həftə Pentaqonun verdiyi açıqlamada ABŞ hərbçilərinin Əfqanıstanı tərketmə prosesinin 95 faizinin tamamlandığı, bundan sonra yalnız ABŞ səfirliyi ilə Kabuldakı beynəlxalq hava limanını qorumaq üçün ölkədə 650 nəfərə yaxın amerikalı hərbçinin qalacağı bəyan edilib.

Taliban Əfqanıstanla Özbəkistan və Tacikistan sərhədindəki rayonları bütünlüklə ələ keçirib, ölkənin 407 rayonundan 155-dən çoxuna nəzarət edir. 255 rayon mərkəzi taliblərin əlindədir.

Ölkənin 34 vilayət mərkəzi tamamilə dövlətin nəzarətindədir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR