Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1000-i ötdü - Yenilənir

2022-06-22 16:25:00

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1000-i ötdü - Yenilənir

Əfqanıstanda 5,8 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı Paktika əyalətində 255 nəfər həlak olub, daha 150 nəfər isə xəsarət alıb.

Zəlzələ nəticəsində bir neçə ev uçub. Hazırda dağıntılar arasından cəsədlərin çıxarılması davam etdirilir.

***

Paktika və Xost vilayətlərində zəlzələ nəticəsində azı 280 nəfər ölüb, 600-dən çox insan yaralanıb.

***

“BBC” xəbər verir ki, “Taliban” lideri Hibatullah Axundzada yüzlərlə evin dağıldığını və ölənlərin sayının arta biləcəyini deyib: “Təəssüf ki, 300 mülki şəxs həlak olub, 500-dən çox insan yaralanıb”.

***

“Taliban” rəsmisi - təbii fəlakətlərin idarə olunması nazirinin müavini mətbuat konfransı zamanı ölənlərin sayının 920-yə çatdığını açıqlayıb.

***

Paktika əyalətinin Mədəniyyət və İnformasiya İdarəsinin rəhbəri Amin Xuzayfanın sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb. Təbii fəlakət zamanı daha 1500-dən çox insan isə yaralanıb. 

“Çox sayda kənd məhv olub”, - deyə Xuzayfa qeyd edib.




Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya