Əfqanıstanda zəlzələ
2024-08-29 13:55:52
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanda 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat verib. Zəlzələnin ocağı 12 min sakini olan Corm yaşayış məntəqəsindən 32 km cənub-şərqdə, 125 km dərinlikdə olub.
Dağıntı və tələfat barəsində məlumat yoxdur.
Hürr Tərcüman