Əfqanıstanda terror – ölkənin yarısı elektriksiz qaldı

2022-04-30 14:46:00

Əfqanıstanda terror – ölkənin yarısı elektriksiz qaldı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Əfqanıstanda ana elektrik xəttinin üzərindəki iki dirəyin bombalı hücuma məruz qalması nəticəsində paytaxt Kabul da daxil olmaqla 10 vilayət elektrik enerjisindən məhrum olub.

Əfqanıstanda Elektrik Paylayıcı Şirkətinin açıqlamasına görə, Pərvan vilayətinin Salanq rayonunda dünən axşam saatlarında iki elektrik dirəyi bomba zərbəsindən yıxılıb. Hadisə nəticəsində paytaxt Kabul şəhəri də daxil olmaqla, 10 vilayətdə elektrik enerjisi kəsilib.

Enerjinin verilməsinin bərpa edilməsi üçün iş aparılır. Terror törətməkdə şübhəli hesab edilən bir nəfər saxlanılıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya