Saat:00:50
Haqqımızda

Əfqanıstanda “Taliban”ın “kölgə” administrasiyasının rəhbəri öldürüldü

2021-07-24 19:42:00

Əfqanıstanda “Taliban”ın “kölgə” administrasiyasının rəhbəri öldürüldü

Əfqanıstan ordusu “Taliban” terror qruplaşmasının “kölgə” administrasiyasının rəhbəri Molla Həlimi öldürüb.

Bu barədə ölkənin Müdafiə nazirliyinin tvitter-akkauntunda məlumat yayılıb.

Molla Həlim və bərabərindəki 19 terrorçu ölkənin qərbində, azad olunan Karux rayonunda qətlə yetiriliblər. Öldürülənlər arasında iki komandir də var. Xəbərdə 50-dən insanın yaralandığı bildirilir.

Qeyd etmək lazımdır ki, Birləşmiş Ştatlarda prezident Co Baydenin qoşunları Əfqanıstandan çıxarmaq barədə qərarına yönəlik etirazlar davam edir. ABŞ ordusunun generalı Ceyms Kin bunun səhv addım olduğunu, terrorçulara strateji üstünlük qazandıracağını, Əfqanıstan hökumətini pis vəziyyətdə qoyacağını cəsarətlə dilə gətirənlərdəndir. \\Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR