Əfqanıstanda “Taliban” zülmü: 2500 nəfərdən çox dinc sakin öldürülüb, əhali qaçqına çevrilib
2021-07-30 17:22:00
Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın Sülh Nazirliyi Zorakılığın Azaldılmasına Nəzarət şöbəsinin başçısı Səid Abdulla Haşimi son 4 içərisində “Taliban” yaraqlılarının hücumları nəticəsində 3 021 nəfər mülki vətəndaşın yaralandığını və 2 566 nəfər dinc sakinin həyatını itirdiyini söyləyib. O, son 4 ay ərzində taliblərin bomba atılması, silahlı atışmalar və sui-qəsdlər də daxil olmaqla 22 min dəfə hücum elədiyini bildirib. Hücumlar səbəbindən ölkənin 621 məktəbi fəaliyyətini dayandırıb. Haşimi minlərlə ailənin evlərindən didərgin düşdüyünü bildirib: “Taliban yaraqlılarının nəzarəti altındakı rayonlarda əhali təməl hüquqlarından məhrum edilir və zülmə məruz qalır”.