Saat:06:38
Haqqımızda

Əfqanıstanda qadın voleybolçunun başı kəsildi

2021-10-21 15:41:00

Əfqanıstanda qadın voleybolçunun başı kəsildi

Hurriyyet.az “Haber Qlobal” portalına istinadən xəbər verir ki, Əfqanıstanda qadın voleybolçu Mahjabin Hakiminin “Taliban” yaraqlıları tərəfindən paytaxt Kabul şəhərində başının kəsilərək qətlə yetirildiyi iddia edilib. Əfqanıstanın voleybol üzrə qadın millisinin məşqçisi də Hakiminin öldürüldüyünü təsdiqləyib. “Taliban”ın Hakimini qətlə yetirdikdən sonra fotolarını paylaşdığı bildirilir.

İranlı jurnalist Muxtar Vəfainin “İndependent” nəşrinin fars dilindəki nəşrində dərc edilən xəbərində əfqan qadın millisinin məşqçisinin “Taliban”ın avqust ayında ölkədə hakimiyyəti ələ almasından əvvəl komandadan yalnız iki nəfərin ölkədən qaça bildiyini söyləyib. Məşqçi ailəsinin təhdid edildiyi üçün heç kimin bu qorxunc cinayətdən xəbərdar olmadığını da bildirib.

İngiltərənin “San” qəzetinin xəbərində, “Taliban” yaraqlılarının qadın idmançını qətlə yetirdikdən sonra onun cansız nəşinin fotolarını sosial şəbəkələrdə paylaşdığını yazıb. Lakin həmin fotoların Hakimiyə məxsus olduğu hələlik dəqiqləşməyib.

Türkiyənin “Sözcü” nəşri Mahjabin Hakiminin Hazara milli azlığından olduğunu və “Taliban”ın bu qrupa nifrət elədiyini yazıb.

“Taliban” iqtidara gələndən sonra idmana, xüsusən də qadın idmanına güclü məhdudiyyətlər qoyulub. Qadın idmançıların əksəriyyəti ölkəni tərk edib, qalanlar da gizlənməyə çalışırlar.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR