Əfqanıstanda Qadın Nazirliyi Əxlaq Nazirliyinə çevrildi
2021-09-18 13:40:00
Hurriyyet.az xəbər verir ki, Əfqanıstanda hakimiyyətə gəlmiş “Taliban” qadınlarla bağlı yeni qərar qəbul edib. Təşkilat Qadın Nazirliyini Fəzilətin Təşviqi və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyinə çevilib. Binadan nazirliyin yeni adı yazılan lövhə asılıb, lakin hələlik ortada rəsmi açıqlama yoxdur.
Nazirliyin qadın işçiləri içəri buraxılmayıb. Onlara işdən çıxarıldıqları bildirilib. İşdən çıxarılan qadınlar nazirliyin artıq bir neçə həftə bağlı olduğunu söyləyirlər.
“Taliban” bundan 20 il əvvəl ilk dəfə iqtidara gəldiyi zaman qızların məktəbə getməsinə icazə verməmiş, qadınların işləməsi və təhsil almasını qadağan etmişdi.