Əfqanıstanda qadın futbolçular ölkədən qaçıblar

2021-09-15 15:44:00

Əfqanıstanda qadın futbolçular ölkədən qaçıblar

Hurriyyet.az xəbər verir ki, Əfqanıstanın futbol üzrə qadın yığmasının üzvləri ölkədən qaçıblar. Bu barədə “Deyli Sabah” nəşrinə Pakistanın İnformasiya naziri Favad Çaudri məlumat verib.

Məmur milli komandanın üzvlərinin Pakistan Futbol Federasiyasının rəhbərliyi tərəfindən qəbul edildiyini bildirib. Qadın futbolçulardan kimin ölkəni tərk elədiyi, onların gələcəkdə beynəlxalq arenada ölkəni təmsil edib-etməyəcəyi barəsində açıqlama verilməyib.