Əfqanıstanda Prezident bayram namazı qıldığı zaman raket atıldı

2021-07-20 16:34:00

Əfqanıstanda Prezident bayram namazı qıldığı zaman raket atıldı

Hurriyyet.org xəbər verir ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni bayram namazı qıldığı zaman Prezident Sarayı yaxınlığına raket hücumu baş verib.

Əfqanıstanda Prezident Sarayı ilə ABŞ da daxil olmaqla müxtəlif ölkələrin səfirliklərinin yerləşdiyi Yaşıl rayona ən azı 3 raket düşüb.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat nümayəndəsi Mirvaiz Stanikzai deyib: “Əfqanıstanın düşmənləri Kabulun müxtəlif yerlərinə raket hücumları etdilər. İlkin məlumata görə, insan itkisi yoxdur”.

Hücumdan sonra Əşrəf Qəni bayram çıxışı edib.