Əfqanıstanda məsciddə terror aktı: 47 nəfər öldü - VİDEO / YENİLƏNİB

2022-09-02 21:37:00

Əfqanıstanda məsciddə terror aktı: 47 nəfər öldü - VİDEO / YENİLƏNİB

Əfqanıstanın Herat vilayətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb, azı 80 nəfər yaralanıb.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. \\Konkret

16:17

Əfqanıstanın qərbindəki Herat şəhərində məsciddə cümə namazı zamanı partlayış baş verib.

Hadisə nəticəsində 18 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.

Partlayış nəticəsində Taliban tərəfdarı olan Herat məscidinin imamı Mövləvi Mucib Rəhman Ənsari dünyasını dəyişib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Taliban sözçüsü Zəbihullah Mücahid Ənsarinin ölümündən dərin kədərləndiyini və cinayətkarların tutularaq cəzalandırılacağını bildirib. \\Konkret


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000103