Əfqanıstanda fərdi şəxslərdən silahlar yığılır-məqsəd nizami ordu yaratmaqdır

2021-10-13 13:02:00

Əfqanıstanda fərdi şəxslərdən silahlar yığılır-məqsəd nizami ordu yaratmaqdır

Əfqanıstanda Müdafiə Nazirliyi səlahiyyətlərini icra edən Taliban nümayəndəsi bütün korpus komandirlərinə ölkədəki bütün hərbi texnika, silah-sursatı onlara malik olan şəxslərdən müsadirə etməyi əmr edib. 

Bu barədə Əfqanıstan İslam Əmirliyi Müdafiə Nazirliyinin Tvitter səhifəsində paylaşım edilib. Nazirliyin məqsədi yaxşı təchiz olunmuş ordu yaratmaqdır. O hər kəsi əlində olanları korpus komandirlərinə təhvil verməyə çağırıb. 

Ülviyyə, Hurriyyet.az