Saat:03:41
Haqqımızda

Əfqanıstan və Pakistan arasında şiddətli döyüşlər gedir

2024-12-28 19:19:44

Əfqanıstan və Pakistan arasında şiddətli döyüşlər gedir

“Əfqan əsgərləri Əfqanıstan ordusuna qarşı hava hücumuna cavab olaraq Pakistanın bir neçə bölgəsinə hücum edib”.

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi özünün “X” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, əfqan hərbçiləri “düşmən qüvvələrin və onların havadarlarının mərkəz və sığınacaqlarına” hücum ediblər. Zərbələrin Pakistanla sərhəddən kənarda da həyata keçirildiyi vurğulanır.

“Tasnim” agentliyi Əfqanıstanın Xost və Paktiya əyalətlərinin sərhəd bölgələrində dekabrın 27-dən bəri Taliban tərəfdarları ilə Pakistan hərbçiləri arasında döyüşlərin getdiyini bildirib. \\Bakupost.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.145168