Saat:21:14
Haqqımızda

Əfqanıstan qan içində – 6 ayda 1,6 min dinc sakin həlak olub

2021-07-26 13:17:00

Əfqanıstan qan içində – 6 ayda 1,6 min dinc sakin həlak olub

Hurriyyet.org xəbər verir ki, BMT-nin Kabuldakı missiyasının bu gün açıqladığı məlumata görə, 2021-ci il başlanandan bəri yarım il ərzində Əfqanıstanda dinc əhali arasında rekord sayda qurbanların olduğu qeydə alınıb. Ölkə daxilində Taliban ilə hökumət qüvvələri arasında gedən müharibə nəticəsində 1,6 min nəfərdən artıq mülki vətəndaş həlak olub, 3,2 min nəfər isə yaralanıb.

BMT-nin hesabatında bildirilir ki, ABŞ-ın öz hərbçilərini Əfqanıstandan çıxarmağa başladığı may ayından sonra qırğın halları kəskin artıb, Taliban yaraqlıları ölkənin bir çox şəhər və rayonlarını ələ keçirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR