Əfqan Sadıqov Bakıya gətirilir
2024-11-28 23:49:07
Tiflis Şəhər Məhkəməsi Əfqan Sadıqovun ekstradisiyası barədə qərar çıxarıb.
Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu gün Tiflis Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvilinin sədrliyi ilə iclas keçirilib.
İclasda Azel TV-nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qərar verilib.
Qeyd edək ki, Əfqan Sadıqov bu il avqustun 3-də Gürcüstanda həbs edilib.