Əfqan qadınlarının bir qismi hicabı dəstəkləyir, digərləri “geyimimə toxunma” kampaniyası aparır

2021-09-14 12:29:00

Əfqan qadınlarının bir qismi hicabı dəstəkləyir, digərləri “geyimimə toxunma” kampaniyası aparır

 

Hurriyyet.az BBC kanalına istinadən xəbər verir ki, sosial şəbəkələrdə əfqan qadınlar rəngli milli paltarlar geyinərək təsvirlər paylaşaraq, #GeyimiməToxunma #ƏfqanıstanMədəniyyəti kimi etiketlərlə ölkənin rəngli geyim mədəniyyətini nümayiş etdiriblər.

Kampaniya  Kabulda “Taliban” tərəfdarları olan hicablı qadınların yürüşündən sonra başlanıb. Həmin yürüşlə bağlı videoda çıxış edən qadın makiyajın və müasir geyimlərin müsəlman əfqan qadınını təmsil eləmədiyini bildirərək demişdi: “... biz şəriətə zidd olan xaricdəngəlmə “qadın hüquqlarını” istəmirik”.