Əfqan qadınlarına qarşı eşidilməmiş qadağan
Hurriyyet.az xəbər verir ki, Əfqanıstadna yetkin qadınlara səslərini başqa qadınlara eşitdirmək qadağan edilib. "Amu TV" kanalının məlumatına görə, bu barədə "Taliban" hərəkatının "savab və əxlaq məsələləri üzrə" naziri Xalid Hənəfi bəyanat verib.
Hənəfi bəyan edib ki, qadınlar digər qadınların yanında Quranı ucadan oxumaqdan və ucadan dua etməkdən çəkinməlidirlər.
"The Guardian" nəşrinin yazdığına görə, bundan əvvəl "Taliban" qadınlara ictimai yerlərdə danışmağı qadağan etmişdi. "Taliban" qanunlarında deyilir: "yetkin qadın zərurət yarandığı zaman evini tərk edərsə, səsini, üzünü və bədənini gizlətməlidir". Qadınlara evin içərisində də ucadan danışmaq və oxumaq qadağan edilib.
"Amu TV"-nin xəbərində bildirilir ki, Əfqanısan qadınları və hüquq müdafiəçiləri "Taliban"ın yeni qanunlarını qınayaraq, onları qadına nifrət siyasətinin bir hissəsi adlandırıblar.
Hürr Tərcüman