Saat:04:40
Haqqımızda

Efiopiyada hökumət qüvvələri 50-dən çox sakini öldürüb

2024-02-03 22:43:02

Efiopiyada hökumət qüvvələri 50-dən çox sakini öldürüb

Bu həftə Efiopiyanın şimalındakı Meravi şəhərinin (Amhara ştatı) 50-dən çox sakini hökumət qüvvələri tərəfindən öldürülüb.

Bu barədə “Reuters” yerli milislərə istinadən məlumat yayıb.

Şəhər əhalisinin öldürülməsi federal qoşunlarla Amhara milisləri arasında gedən döyüşdən sonra baş verib.

Baş verənlərlə bağlı rəsmi və ya müstəqil mənbələrdən heç bir təsdiq yoxdur. 2023-cü ilin yayında federal hakimiyyət milislərin tərk-silah edilməsini tələb etdikdən sonra ştatda silahlı toqquşmalar başlayıb.

Bir gün əvvəl Efiopiya parlamenti Amhara ştatda fövqəladə vəziyyətin müddətini dörd ay uzadıb. \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199204