ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

2023-02-27 17:35:00

ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

Azərbaycan Prezidenti İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Fərmana dəyişikliklərin edilməsi barədə Fərman imzalayıb.

Hurriyyet.az xəbər verir ki, dəyişikliklərə əsasən, idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına "digər kalsium fosfatları” və "Treonin” əlavə olunaraq, bu güzəştin müddəti bir il uzadılıb. Bununla bağlı "2022-ci” sözləri "2023-cü” sözləri ilə əvəz edilib.

Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.

qaynarinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.203491