Saat:07:32
Haqqımızda

ƏDLİYYƏ NAZİRLİYİNDƏ "TƏMİZLƏMƏ" - Daha iki vəzifəli şəxs işdən çıxarıldı / FOTOLAR

2024-05-01 11:39:06

ƏDLİYYƏ NAZİRLİYİNDƏ

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Belə ki, Ədliyyə naziri Fərid Əhmədov imzaladığı əmrə əsasən, idarənin rəis müavini Kazımov Sübhi Əli oğlu işdən çıxarılıb.

 Sübhi Kazımov

Qeyd edək ki, o, 2018-c ilə qədər Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb və həmin ildə Ədliyyə Nazirliyinə təyinat alıb. Uzun müddət Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edib.

Xatırladaq ki, bu ilin aprel ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə Hüseynov Toğrul Aydın oğlu rəis təyin edilib. Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.

 Cavid Hüseynov

Bundan əlavə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımov vəzifəsindən azad edilib.

Bununla bağlı da ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

 Elçin Qasımov

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edilir ki, Elçin Qasımov ötən ilin avqust ayında sözügedən vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq Baş İdarəsinin rəisi idi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.272633