Ədliyyə nazirinin bədənində zəhər aşkarlandı
2024-09-07 23:41:27
Konqonun ədliyyə naziri Konstant Mutambanın bədənində zəhər aşkarlanıb.
Bu barədə “Actualite” portalı məmurun yaxınlarına istinadən məlumat yayıb.
“Nəticələr şənbə günü gəlib. Test müsbət çıxıb. Nazir özünə qulluq etmək üçün ciddi tədbirlər görmək niyyətindədir”, - məlumatde deyilir.
Qeyd olunur ki, siyasətçinin ofisində müxtəlif yerlərə səpələnmiş ağ toz və şübhəli maye aşkar edilib. \\APA