Saat:16:34
Haqqımızda

Ədalət Partiyasının faktiki sədri kimdir? - AÇIQLAMA

2025-11-22 15:35:10

Ədalət Partiyasının faktiki sədri kimdir? - AÇIQLAMA

 

“Hazırda Ədalət Partiyasının sədri mənəm”.

Hurriyyet.az bu sözləri “Yeni Sabah”a açıqlamasında Mütəllim Rəhimli deyib. O bildirib ki, hazırda Ədalət Partiyasının legitim rəhbəri özüdür:

“Biz Ədliyyə Nazirliyindən bununla bağlı çıxarış almışıq. Vaxtilə mənim sədr olmağıma etiraz edən və uzaqlaşdırılmağımı istəyən 5 nəfər partiyadan gedib”.

Xatırladaq ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib. Partiyanın 17 may tarixində keçirilmiş IX qurultayında Mütəllim Rəhimli partiyanın yeni sədri seçilib. Lakin həmin vaxtdan 1 ay öncə mətbuatda M.Rəhimli Ədalət Partiyasından kənarlaşdırılması ilə bağlı xəbərlər yer alıb. Həmin dönəm sədr müavini olan Rəhimlinin partiya daxilində subardinasiyaya əməl etmədiyini, partiya daxilində regionçuluq təbliğatı apardığı iddia edilib.