Saat:21:04
Haqqımızda

Ədalət Partiyası lidersiz qalıb - Elxan Şükürlü

2025-04-04 15:13:49

Ədalət Partiyası lidersiz qalıb - Elxan Şükürlü

"Məsələnin hüquqi və ilk baxışdan da hamıya sadə görünən tərəfi budur ki, partiya qurultaya gedəcək, o qurultayda yeni sədr seçiləcək və onunla da yola davam ediləcək. Lakin bu, təkrar edirəm, yalnız məsələnini görünən tərəfidir".

Hurriyyet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü bildirib.

Onun sözlərinə görə, hazırda Ədalət Partiyası sıralarında mərhum İlyas İsmayılov kimi zəngin həyat və idarəçilik təcrübəsinə malik, yüksək elmi-siyasi hazırlıqlı, hamını öz ətrafında birləşdirməyi və qoruyub saxlamağı bacaran, siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə və maddi resurslara sahib, prezidentliyə iddialı ikinci yetkin bir insan – Lider yoxdur:

"Partiyamız hazırda böyük bir siyasi avtoritet boşluğunun ağrılarını yaşayır və çaşqınlıq içərisindədir.

Üstəlik, belə bir şəraitdə həm hökumətdəki müəyyən maraqlı çevrələrin, həm də rəqib siyasi təşkilatların aşkar və pozucu müdaxiləsiylə hər hansı fövqəladə qabiliyyəti və üstün əxlaqi-mənəvi keyfiyyətləriylə fərqlənməyən adamların israrla partiya sədri olmaq həvəsinə düşmələri, iddialarından geri çəkilməmələri, bu məqsədlə partiya strukturlarını qurultayqabağı ələ keçirməyə cəhd göstərmələri nəinki effektiv qurultayın və ədalətli sədr seçkisinin təşkili işini çətinləşdirib, hətta vahid komanda ola bilməyən partiyanı daha da zəiflədərək, ondan qopma və sonda da parçalanma riskini xeyli yüksəldib.

Hətta İlyas müəllimin həqiq dostları və yaxınları, şəxsi arxivini saxlayanlar belə, partiyanın artıq onlar üçün bitdiyi qənaətindədilər!

Şübhəsiz ki, bu hal mənim də bu insanlarla gələcək münasibətlərimin məsafəsini müəyyənləşdirməklə yanaşı, həm də Ədalət Partiyası sədrliyinə iddiamın önünü birdəfəlik kəsən əsas maneədir: mən bu unutqan, yoldaşlıq prinsiplərinə uyğun davranmağı bacarmayan, Kufə əhlitək adamı mübarizəyə çağırıb yarıyolda qoyan, düşmən əlinə oynayanlarlamı qurultaya gedəcəm?!

Haçan içərimizdən ölkədə ədalət uğrunda səmimi və ölümünədək mübarizə aparacaq gerçək bir Lider meydana çıxar, onda aktiv siyasi fəaliyyətimizi bərpa edər, bütün varlığımızla da onun yanında yer alar, ona dəstəyimizi əsirgəmərik!"

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.285104