ƏCAİB BİR YERDİR DÜNYA - Şeir

Tapan yoxdur onun yaşın,
Qocalıbdır,pirdir dünya.
Daşıyan olmadı daşın,
Yaman ağır girdir dünya.
Doğum günü,toy günü var,
Ölüm günü,vay günü var,
Cətin götur-qoy günü var,
Çözülməmiş sirrdir dünya.
İnsan var ki,kefdən bezər,
Başda yeyər,ucda gəzər,
Eləsində dərd nə gəzər,
Əı-əlvandır,güldür dünya.
Ədalət yox,baxırsan ki,
Haklı hanki,haqsız hanki,
Düşünürəm bəzən,sanki,
İki deyil,birdir dünya.
Hərəsi bir ad qoyubdur,
Gələn yeyib,kim doyubdur?
Dünyanın qanın sorubdur,
Sonra deyib mirdir dünya.
Məzlum baxır,zalım tıxır,
Güclülər,gücsüzü sıxır,
Fəryadları ərşə çıxır,
Səs-küylüdür,gurdur dünya.
Yaranışdan sək-səkədir,
Gecələri bir ləkədir
Elə bilmə çox yekədir,
Balacadır,cırdır dünya.
Yıxmaq üçün bir vaxt arar,
Əvvəl-axır yerə yıxar,
Hey gözlərdə çop axtarar,
Özü bitən tirdir dünya.
Cavan ömrünü yorarsan,
Əzab çəkib,can qoyarsan,
Əgər ki,mənə sorarsan,
Əcaib bir yerdir dünya.
ŞAMİL
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya