“Əbu-Bəkr” məscidinin adı dəyişdirildi

2022-07-29 13:38:00

“Əbu-Bəkr” məscidinin adı dəyişdirildi

Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu-Bəkr” məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib.

Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid “Cümə məscidi” adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil.

Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053168