Saat:11:17
Haqqımızda

DYP xəbərdarlıq etdi: Bu bölgələrə səfər edərkən...

2025-02-15 11:33:10

DYP xəbərdarlıq etdi: Bu bölgələrə səfər edərkən...

Dağlıq rayonlarda yolların buz bağlaması avtomobillərin hərəkətinə çətinlik yarada bilər.

Hurriyyet.az xəbər verir bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda yoların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür:

"BDYP-nin Yol Patrul Xidməti Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir. Bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edirik".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229560