Düzgün şərtlər altında mühafizə olunmayan kartofun insan orqanizminə mənfi təsiri və ya normal kartofu texniki kartofdan necə seçmək olar?

2022-09-14 22:09:00

Düzgün şərtlər altında mühafizə olunmayan kartofun insan orqanizminə mənfi təsiri və ya normal kartofu texniki kartofdan necə seçmək olar?

18 Cİ ƏSRİN SONLARI 19 CU ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANA GƏTİRİLƏN KARTOF, İNSANI TOX TUTDUĞU ÜÇÜN XALQ ARASINDA İKİNCİ ÇÖRƏK KİMİDƏ TANINIR. Qidaelmi.az SAYTININ TƏSİSÇİSİ QİDA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS AĞA SALAMOV KARTOF HAQQINDA AÇIQLAMASINDA BƏZİ VACİB MƏQAMLARA DA TOXUNUB.

Kartofun faydaları 

Kartofda olan kalium, kalsium və maqnezium qan damarlarını genişləndirməyə və qan təzyiqini tənzimləməyə kömək edir. Bununla belə, kartofu necə istehlak etdiyiniz son dərəcə vacibdir. Yağlı və duzlu qızardılmış və ya cips kimi istehlak etdiyiniz zaman əks təsirə səbəb ola bilər. Buxarda bişmiş və ya sobada bişmiş kartofa üstünlük verin.

Kartof hansı şəraitdə mühafizə olunmalıdır?

Kartof yetişdirilməsi çox sadə fəqət saxlanması çətin bir məhsuldur. Kartofun saxlanma şəraiti 15°C – +20°C arasında,nisbi rütubətliyi 80% -85% arasında sərin və günəş şüalarından uzaq bir yerdə mühafizə olunmalıdır. Əgər kartofun ömrünü daha çox uzatmaq istəyiriksə saxlanma şəraiti +07°C – +10°C də sərin və qaranlıq yerdə saxlanmalıdır.

Kartof zəhərlənmə verə bilərmi?

Gün işığı və istilik (düzgün olmayan saxlanma şəraiti) kartofun tərkibində solanin maddəsinin yaranmasına səbəb olur. Solanin maddəsi zəhərlənmə halları da başda olmaqla,mədə bulantısı,qusma,ishal, baş ağrısı və mədə spazmı meydana gətirir.

 

Bu kimyəvi maddə yaşıl rəng almış kartofun qabıq hissəsinin altında olur.Ona görə də yaşıl rəng almış və cücərmiş kartofu istehlak etmək tövsiyə olunmur.

Kartofun tərkibində nitrat səviyyəsi nə qədər olmalıdır?

Kartofun tərkibində nitrat səviyyəsi 250 mq olmalıdır. Təbii ki, istehlakçılar bunu yerində yoxlaya bilməz,çünki nitrat ölçən cihaz hər ailənin büdcəsinə uyğun deyil. Ancaq satış məntəqələrindən toksikoloji rəy tələb etmək hüquqları var və tələb edə bilərlər.

Normal kartofu texniki kartofdan necə seçə bilərik?

Bəzən satışda heyvan yemi üçün nəzərdə tutulmuş texniki kartoflara da rast gəlmək mümkündür. Təssüf ki, alıcılar səriştəsiz olduqları üçün texniki kartofu normal kartofdan seçə bilmirlər. Nəticədə bu cür kartofları alıb istehlak edirlər. Texniki kartofu normal kartofdan seçmək üçün bəzi ip ucları var.

 

Bu ip uclarından biri, texniki kartofun normal kartofa nisbətən rənginin yaşıla çalmasıdır. Texniki kartofun üst hissəsi normal kartofa nisbətən daha çox kələ-kötür olur. Bu cür kartofları qızardarkən daha çox yağdan istifadə olunur ki, buda israfçılığa gətirib çıxarır.

 

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057720