Saat:09:57
Haqqımızda

Duzdan çox istifadə mədə xərçəngi riskini 39 faiz artırır

2024-05-09 23:19:48

Duzdan çox istifadə mədə xərçəngi riskini 39 faiz artırır

Vyana Tibb Universitetinin alimləri qidaya duz əlavə etməyin, həmçinin duzlu məhsullardan çox istifadə etməyin mədə xərçəngi riskini 39 faiz artırdığını ortaya çıxarıblar.
Araşdırmanın nəticələri “Gastric Cancer” jurnalında dərc olunub.
Alimlər bu qənaətə 470 mindən çox insan arasında aparılan sorğu nəticəsində gəliblər. İştirakçılardan hazır yeməklərə hansı sıxlıqda duz əlavə etdikləri və duzlu qəlyanaltılardan (çips, balıq, turşu, tərəvəz) nə qədər istifadə etdikləri soruşulub.
Bildirilir ki, tədqiqatçılar lazımi məlumatları topladıqdan sonra iştirakçıların sağlmalığa dair göstəricilərini izləməyə başlayıbla.
Qeyd olunur ki, araşdırma 11 il davam edib.
Nəticədə süfrə başında duzdan tez-tez istifadə edən insanlarda mədə xərçənginə daha çox rast gəlindiyi məlum olub. Alimlərin hesablamalarına görə, qidaya duz əlavə etmək bu xəstəliyin yaranma ehtimalını 39 faizdən çox artırır. Tədqiqatçılar onu da qeyd ediblər ki, mədə xərçənginin qarşısını almaq üçün duzdan tamamilə imtina etmək lazım deyil. Qidalara nadir hallarda duz əlavə etməyin risk faktoru yaratmadığı bildirilib. \\Yeniavaz.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240193