"Dustaq yoldaşı özünə xəsarət yetirib, deyib ki, guya Əli Əliyev edib"

2022-09-01 16:36:00

“Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 4-cü cinayət işi üzrə mühakimə olunur”.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov məlumat verib.

“Dustaq yoldaşı özü-özünə xəsarət yetirib, daha sonra şikayət edib ki, guya Əli Əliyev onun sağlamlığına qəsdən zərər vurub. “Müdafiə Xətti”nə daxil olan məlumata görə, Əli Əliyev sözügedən cinayət işi üzrə hələlik şahid qismindədir”, - deyə o feysbukdakı paylaşımında bildirib.

R. Səfərov qeyd edib ki, bu, müasir Azərbaycan tarixində bənzəri olmayan təcrübədir - tənqidçi siyasi xadim 9 ay ərzində 4-cü dəfə mühakimə olunur.

Qeyd edək ki, VİP sədri Əli Əliyev yanvarın 13-dən həbsdədir.

O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib.

Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir.

Yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.052529