Saat:04:43
Haqqımızda

Düşmən 44 gündə necə darmadağın oldu? - Polkovnik qələbənin sirrini açıqlayır

2021-09-27 13:00:00

Düşmən 44 gündə necə darmadağın oldu? - Polkovnik qələbənin sirrini açıqlayır

Müharibədən əvvəl Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı mif vardı. Hətta bəzi ekspertlər Ohanyan səthinin yarılmasını və düşmənin məğlub edilməsini mümkünsüz hesab edirdilər.

Maraqlıdır, Azərbaycanın düşmən üzərində qələbəsini hansı amillər təmin etdi?

Necə oldu ki, düşmən qısa müddət ərzində darmadağın oldu?

Hurriyyet.az xəbər verri ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenisabah.az-a açıqlamasında deyib ki, məğlubedilməzlikləri ilə bağlı mifi düşmənin özü yaratmışdı:

“Onlar düşmənin özünün yaratdığı miflər idi. Azərbaycan Ordusu, Silahlı Qüvvələrinin Ali Baş Komandanı heç vaxtı ermənilər kimi düşünmürdü. Biz öz gücümüzə, bacarığımıza inanırdıq. Və bacaracağımıza əmin idik. Bunun üçün yetəri qədər amillər də var idi.

Silahlı Qüvvələrin ən müasir silahlarla silahlanması, hərbi biliklərə yiyələnməsi, təlimlər, vətənpərvərlik ruhu, haqq işimiz bütün bu amillər hamısı təsir göstərdi. Bunlar hamısı Azərbaycanın qələbəsindən xəbər verirdi.

Aprel hadisələrindən sonra Ali Baş Komandan demişdi ki, Azərbaycan və Ermənistan təkbətək vuruşsalar, Azərbaycan Ordusu qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir”.

Ekspertin sözlərinə görə, Ohanyan müdafiə xətti erməni cəmiyyətinə yönəlmiş, əsası olmayan çıxışlar idi:

Azərbaycan ordusu öz döyüş hazırlığını yüksəldirdi. Sadəcə, Ali Baş Komandanın əmrini gözləyirdi. Biz heç vaxt Azərbaycan Ordusunun nədənsə ehtiyat etdiyini görməmişik. Onlar əmr gözləyirdilər və o əmri yerinə yetirməyə hər an hazır idilər. Düşmənin darmadağın edilməsi ilə bağlı bizim heç bir şübhəmiz yox idi”.

Ş.Ramaldanov ilk qələbəni siyasi arenada qazandığımızı qeyd edib:

“İlk qələbəni siyasi arenada qazandıq. Xəbərdarlıqlardan sonra əmr verildi və Azərbaycan ordusu o əmri layiqinccə yerinə yetirdi. Bu gün Azərbaycan ordusu zəfər ordusudur, əsgəri də müzəffərdir.

Bu gün müharibənin başlanma günüdür. Anım günü kimi qeyd edilir. Şəhidlərimiz bu gündən başladı. Gec-tez haqq öz işini göstərdi. Baxmayaraq ki, siyasi arenada həmişə bizə qarşı ziddiyətlilik var idi. Hətta bəziləri deyirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bununla Azərbaycanı öz haqq işindən saxlamaq istəyirdilər. Ancaq cənab Prezident buna son qoydu və bütün dünyaya göstərdi ki, haqq işini həyata keçirmək üçün hər bir xalqın gücü var. Biz bunu Azərbaycan ordusunun hazırlığı nəticəsində həll etdik.

Azərbaycan cəmiyyəti, xalqı daima şəhid ailələrinə, qazilərə diqqət yetirəcək. Biz onları həmişə ehtiramla yad edib, doğma sayacayıq. Bir daha səbr diləyirəm”.

Düşmən 44 gündə necə darmadağın oldu? - Polkovnik qələbənin sirrini açıqlayır

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR