Duqina olayında müəmma: “Ya bu cəsəd başqa insana aiddir, ya da...”

2022-08-24 17:07:00

Duqina olayında müəmma: “Ya bu cəsəd başqa insana aiddir, ya da...”

“O qəzada Aleksandr Duqinin qızının cəsədinin yanmaması müəmma doğurur”.

Bunu Yenisabah.az-a açıqlamasında hüquqşünas Şəmsəddin Əliyev deyib.

Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində həlak olub.  İlkin ehtimala əsasən, avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb.

Lakin vida mərasimi zamanı onun cəsədinin yayılmış fotolarından görünür ki, həmin qəzadan çıxan meyit bu formada olmamalı idi. Ekspertlər də deyir ki, partladılan maşından o cür sağlam cəsəd çıxa bilməz. Hətta fərziyyələr var ki, Duqina başqa yerdə öldürülüb və maşın başqa yerdə partladılıb?

Ş. Əliyev bu variantın mümkün olduğunu düşünür:

“Bəli, ehtimal etmək olar ki, özü ayrı yerdə öldürülsün, maşın ayrı yerdə partladılsın. Yəni hadisələrin gedişi, belə böyük rezonans doğurması, müəyyən ekspertlərin fikir bildirməsi, kəşfiyyatın işi kimi qələmə verilməsi Ukrayna-Rusiya müharibəsini daha da gərginləşdirmək üçün atılmış addımdır.

Ancaq düşünürəm ki, istintaq öz açıqlamasını vermədiyi zamana qədər fərziyyələr öz təsdiqini tapmayacaq.

Avtomobilin partladılması heç kəsdə şübhə yaratmır, lakin yanmış maşından çıxan cəsədin o cür saf qalması mümkün deyil. Ya bu cəsəd tamamilə başqa insana aiddir, ya da hadisə başqa cür olub.

Görürsünüz, bu məsələdə nə qədər sual doğura bilən və cavabsız qalan suallar var?

Kriminalist kimi müşahidələrimə əsasən deyə bilərəm ki, cəsədin belə tam qalması çox müəmma doğurur. Biz bilmirik o maşın partladılan zaman Duqina orada olub, ya yox. Bizim əlimizdən gələn tək şey istintaqın açıqlamasını gözləyib cəsədin Duqinaya aid olub-olmamasını bilməkdir. Düşünürəm və ehtimal edirəm ki, onun ölümü atasından qisas alınması ilə bağlıdır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063885