Saat:04:50
Haqqımızda

Duqin İvanişvilinin Putinlə eyni cəbhədə olduğunu deyib

2024-05-30 14:05:37

Duqin İvanişvilinin Putinlə eyni cəbhədə olduğunu deyib

Hurriyyet.az xəbər verir ki, Kremlin ideoloqu Aleksandr Duqin gürcü oliqarxı, hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının lideri Bidzini İvanişvilininin adını RF Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin, Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitso ilə bir sırada çəkib, onların hamısını "Postmodern" düşərgəsinə qarşı mübarizlər adlandırıb.
Duqinin sözlərinə görə, dünyada iki qüvvə arasında - "Ənənə və Postmodern" arasında savaş gedir. Ənənə düşərgəsi özündə "suverenliyi və kimlikləri tanıyan bütün sivilizasiya və ənənələri birləşdirir", "Postmodern düşərgəsi isə  – kollektiv Qərb və onun marionetləridir və onlar ənənəvi dəyərləri, kimlikləri və suverenliyi inkar edirlər". 
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.231322