Dünyanın gözləmədiyi gecə qərarı: Azərbaycanı silkələyəcək?

2022-06-16 20:59:00

Dünyanın gözləmədiyi gecə qərarı: Azərbaycanı silkələyəcək?

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) növbəti faiz qərarını açıqlayıb.

Qurum ABŞ dolları üzrə faiz dərəcələrini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb.

Belə ki, FED ABŞ-da Mərkəzi Bank funksiyasını yerinə yetirir. Dollar üzrə faiz dərəcələrinə gəlincə isə bu, faktiki olaraq dolların dəyərini müəyyənləşdirir.

Qeyd edək ki, son günlər bütün dünyanın diqqəti FED-in verəcəyi qərara yönəlmişdi. Nəhayət ki, qərar açıqlansa da bunun, ölkələr arasında problemlərə yol açacağı düşünülür. 

Dolların bahalaşması Azərbaycan üçün hansı problemlər yaradacaq?    

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, FED ABŞ-da qiymət artımının getdiyi, inflyasiyanın olduğunu qeyd edib:

“Bu inflyasiyanı cilovlamaq üçün edilib. Yəni banklardan krediti az götürsünlər. Təbii ki, dollar dünyada bahalaşacaq. Ancaq bizim üçün bunun heç bir mənfi təsiri yoxdur. Ona görə ki, paralel olaraq neftin də qiyməti və buna görə də bizim valyuta gəlirlərimiz artır. Ancaq neft və qaz satmayan dünya ölkələri üçün bu problemdir”.

Ekspert deyir ki, biz yenə də xaricdə qiyməti artan məhsulu həmin dollara alacağıq:

“Çünki dollar özü artmır. Dollar digər vayutalara, avro, funt-sterlinqə nisbətdə bahalaşacaq. 

Ancaq bizim neft gəlirlərimiz dollardadır. Bu baxımdan bizə sərf edəcək ki, avroda alacağımız qiyməti düşür və biz onu dollarla alırıq. Yəni bizim xarici gəlirlərimiz dollarla olduğu və bu da əsasən, neftdən olduğu üçün bizə mənfi təsiri yoxdur”. 

Nigar Abdullayeva


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya