Dünyanın ən yaxşı məşqçiləri açıqlandı - Qurbanov tanınmış mütəxəssisləri geridə qoydu
2024-04-16 23:28:24
![Dünyanın ən yaxşı məşqçiləri açıqlandı - Qurbanov tanınmış mütəxəssisləri geridə qoydu](/frontend/uploads/miles/1497600%20(1).jpg)
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb.
Hurriyyet.Az İdman.biz-ə istinadən xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.
“Qarabağ”ın baş məşqçisi dünya reytinqində 138-ci yerə yüksəlib. 1670 xala malik 52 yaşlı mütəxəssis tanınmış məşqçi Roberto de Dzerbini keçib. “Brayton”un italiyalı çalışdırıcısı 138-ci pillədən 143-cü yerə düşüb.
“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.
Qeyd edək ki, cədvələ 2228 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
![](/frontend/uploads/files_son/QAZ12.jpg)