Dünyanın ən tənha adamı öldü - VİDEO

2022-08-29 17:11:00

Dünyanın ən tənha adamı öldü - VİDEO

"Dünyanın ən tənha adamı öldü" Braziliyə cəngəlliklərində məşhur pastoral qəbilələrdən qalan yeganə adam vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "DailyMail" məlumat yayıb. Bildirilir ki, fermerlərin qırdıqları qəbilənin üzvü bu faciəvi hadisədən sonra 26 il tropik meşədə təcrid olunmuş vəziyyətdə yaşayıb.
Məlumata görə fermerlər sözügedən ərazilərdə torpaqları ələ keçirərkən 1970-ci ildən bəri bir neçə dəfə hücumlar təşkil edərək onun qəbiləsindən qalanları tamamilə məhv ediblər. Bu səbəbdən də cəngəllikdə tək qalan həmin şəxs ömrünün qalan günlərini təklikdə keçirməyə məcbur olub.
Bu günlərdə isə sonuncu moxikanın meşədə cansız bədəni aşkarlanıb.

O, hətta bir dəfə kameralara da tuş gəlibmiş. Xarici aləmlə hər cür təmasdan qaçan qəbilənin son üzvü səlahiyyətlilərin diqqətindən də kənarda qalmayıb. Onun sivilizasiyadan uzaq gəzməsinə baxmayaraq araşdırmaçılar, yaxınlıqdakı şəhərin rəhbərliyi "ən tənha adam" ləqəbi alan bu şəxsi izləyir və vaxtaşırı ona təchizat verirlərmiş.
Heyvanları tələyə salmaq və orada gizlənmək üçün dərin çuxurlar qazdığı üçün "Burrow Man" kimi də tanınan bu adam Rondonia ştatında Amazonun dərinliklərində yaşayıb.

Tədqiqatçı Fiona Vatson məlum hadisəyə reaksiya verərək deyib ki, "Amazondan kənarda yaşayan heç kim bu adamın adı, hətta qəbiləsi haqqında demək olar ki, heç nə bilmirdi və onun ölümü ilə xalqının soyqırımı sona çatdı".

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000114