Dünyanın ən qorxulu məkanı - Kukla adası

2022-09-05 23:49:00

Dünyanın ən qorxulu məkanı  - Kukla adası
Meksikadakı yerləşən əsl adı "Isla de Las Munecas" olan bu adanın hekayəsi Don Julian Santana Barreranın adada tək yaşadığı zaman başlayıb.   
Təcrid həyatı yaşayan Barrera "Isla de Las Munecas" adasının yaxınlığındakı kanalda boğulmuş balaca bir qız tapıb. 
Çox keçmədən  o,  qızın kuklasının da kanala düşdüyünü görüb və kuklanı  götürüb ağacdan asıb. Zamanla bu işə vərdiş edən Santana adadakı bütün ağacları kuklalarla doldurmağa başlayıb. 
 
Hadisədən  50 ildən sonra adanın hər yerində minlərlə kuklanın  ağaclardan asılı olduğu bir mənzərə yaranıb. 
Maraqlısı odur ki,  Santana  da 2001-ci ildə eynilə bu körpə qız kimi su yollarından birində boğularaq ölüb. O vaxtdan Santananın ailəsi adada turistik fəaliyyətlər təşkil edərək pul qazanıblar.

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063210