Saat:13:34
Haqqımızda

Dünyanın ən bahalı şəhəri Tel-Əviv hesab edildi

2021-12-01 17:38:00

Dünyanın ən bahalı şəhəri Tel-Əviv hesab edildi

 

 

Hurriyyet.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, Britaniyanın “Ekonomist” jurnalının təhlil şöbəsi olan EIU (Economist Intelligence Unit) əməkaşlarının hazırladıqları reytinqdə İsrailin Tel-Əviv şəhəri dünyanın ən bahalı şəhərləri arasında birinci sırada yer alıb. Təhlil mərkəzinin açıqlamasında deyilir: “Beşinci sıradan birinciyə yüksələn Tel-Əviv ilk dəfədir ki, reytinqə başçılıq edir. Tel-Əvivin birinci pilləyə qalxmasının əsas səbəbi İsrail valyutasının Amerika dollarına nisbətdə güclənməsidir”.

Siyahıda ikinci yeri Paris, üçüncü yeri isə Sinqapur tutur. Dördüncü və beşinci pillələrdə Sürix və Honkonq qərarlaşıb. 

Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles və Osaka şəhərləri də dünyanın ən bahalı 10 şəhəri sırasındadır.

Siyahıda ən çox “irəli gedən” şəhərlərdən biri Tehrandır – 79-cu pillədən 29-cu pilləyə qalxıb. Tehranda həyatın bahalaşmasının səbəbi “ABŞ sanksiyalarından sonra idxalın bahalaşması, məhsul qıtlığı, tədrük çətinlikləri” ilə izah edilir. Bir il ərində Kiyev 101-ci yerdən 88-ci, Moskva isə 106-cı yerdən 96-cı yerə qalxıb.

Dünyanın yaşamaq üçün ən ucuz şəhərləri isə Dəməşq, Tripoli, Daşkənd, Tunis və Alma-Ata hesab edilib.

EIU ildə iki dəfə dünyanın 173 şəhərində yaşayış indekslərini araşdırır. Buraya yüzlərlə adda məhsul və xidmətlərin, o cümlədən, ərzağın, geyimin və ev kirayəsinin qiymətləri daxildir.

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR