Saat:12:02
Haqqımızda

Dünyanın düzənini dəyişəcək yeni layihə!

2021-10-19 10:25:00

Dünyanın düzənini dəyişəcək yeni layihə!

Artıq minlərlə kilometr uzaqda olan doğmalarınız və dost-tanışlarınızla “canlı təmas” qura, bir-birinizə “toxuna” biləcəksiniz…

Sosial media nəhəngi olan “Facebook” internetin yeni versiyası olan “Metaverse” (kollektiv virtual məkan) qurmaq üçün 10 min nəfəri işə götürəcəyini açıqladı.

Hurriyyet.az Qafqaz.media-ya istinadən xəbər verir ki, bu haqda “Facebook”un yerləşdirdiyi elanda bildirilir.

Məlumat üçün oxucularımıza bildirək ki, “Metaverse” gələcəkdə internetin yerini alacağı düşünülən texnologiyadır. Belə ki, hazırda internetdə qarşımıza çıxan cisimlər və səhifələrlə sadəcə vizual əlaqə qura biliriksə, “Metaverse” ilə həmin səhifələrin içində ola, həm də gördüklərimizə toxuna biləcəyik. Bu səbəbdən də, “Metaverse”nin gələcəkdə internetin yerini ala “canlı fiziki təmas” kimi mövcud olacağı düşünülür.

Xatrıladaq ki, “Metaverse” anlayışına ilk dəfə 1992-ci ildə "Snowcrash" elmi-fantastik romanında rast gəlinib. Fiziki və rəqəmsal həyatın birləşdiyi bir məkən ola biləcəyi düşünülən “Metaverse” hazırda mövcüd olmasa da, onun bənzər elementləri bir neçə video-oyunun nümunəsində istifadə edilmişdir.

Bir sözlə, bu texnologiyanın məqsədi virtual bir dünya yaratmaqdır: şəhərlərin, şirkətlərin və insanların özlərinə aid avatarlarının olacağı bir dünya. “Metaverse” dünyasında mövcud olmaq üçün isə 3D eynəklərdən istifadə ediləcəyi düşünülür. Hansı ki, “Facebook” 2014-cü ildən bu eynəklər üzərində işləyir.

“Facebook”un qurucusu Mark Zukerberq inanır ki, insanlar özlərinin yaratdığı avatarlarına “Metaverse” dünyasındakı shoplardan əşyalar alcaqlar. Eyni zamanda, paralel dünyaların da olacağı, nəticədə “Chromda” səhifələr arasında keçiş edə bildiyimiz kimi, “Metaverse”də də dünyalar arasında keçiş edə biləcəyimiz qeyd edilir. Amma “Metaverse” nə sadəcə bir oyundur, nə də sadəcə virtuallığın olduğu bir məkan…

Qeyd edək ki, Mark Zukerberq Silikon vadisində fiziki dünya ilə rəqəmsal dünya arasındakı sərhədləri pozan “Metaverse” ideyasının əsas dəstəkçilərindən biridir. O, illərdir iddia edirdi ki, virtual reallıq eynəkləri vasitəsilə bu texnologiya hər kəsə dünyanın digər ucunda olan dostu ilə üz-üzə olduğunu hiss etdirə bilər. Hətta onlar minlərlə kilometr aralıda olsa da, canlı ünsiyyət qururmuş kimi danışa bilərlər.

“"Metaverse" yeni yaradıcılıq sosial və iqtisadi imkanlara girişin açılmasına kömək etmək potensialına malikdir. Və avropalılar onu sıfırdan yenidən formalaşdıracaqlar ", - Facebook sosial şəbəkəsində yazılıb.

Elan bu cür davam edir:

"Bu gün qarşıdakı beş il ərzində Avropa Birliyi (AB) daxilində 10 000 yeni yüksək ixtisaslı iş yeri açmaq planımızı açıqlayırıq".

İşə götürülənlər arasında yüksək ixtisaslaşmış mühəndislərin olacağı bildirilir. Lakin digər vəzifələr haqqında heç bir məlumat verilmir.

"Avropa Birliyinin texnologiya şirkətləri üçün böyük bir istehlak bazarı, dünya səviyyəli universitetlər və ən yaxşı istedadlı insanlar üçün əla bir yer halına gətirən bir sıra üstünlükləri var", - deyə elanda qeyd olunur.

Bu elanın “Facebook”un kəsintisi ilə əlaqəsi varmı?

Xatrıladaq ki, bu elan “Facebook” xidmətlərinin kütləvi şəkildə kəsilməsinin ardınca gəlir və gənclərin potensial zərərli təsirləri ilə əlaqədar tənzimləmə tələb edir.

Minlərlə daxili qeyd və sənədi mətbuata sızdıran “Facebook”-un keçmiş əməkdaşı bu sosial platformanın gənclərin psixi sağlamlığına mənfi təsir göstərə biləcək daxili araşdırmaları nəzərə almadığını və "təhlükəsizliyə görə böyüməyə üstünlük verdiyini" söyləyib.

Ötən ay “The Washington Post” qəzeti “Facebook”-un "Metaverse"yə olan marağının şirkətin siyasətçilər arasında nüfuzunu artırmaq və yeni internet texnologiyalarının tənzimlənməsini formalaşdırmaq üçün özünü yenidən təsdiqləmək səylərinin bir hissəsi olduğunu irəli sürdü.

Amma iyul ayında Zukerberq “Facebook”un önümüzdəki beş il ərzində artıq bir sosial media şirkəti olmaqdan “Metaverse” şirkətinə keçəcəyini proqnozlaşdırdığını açıqlamışdı. Bu isə onun “Metaverse” dövrünün gələcəyinə həqiqətən inandığı təəssüratını yaradır.

Onu da xatırladaq ki, “Facebook” 2014-cü ildə virtual reallıq gözlükləri istehsal edən “Oculus” şirkətini 2 milyard dollara satın alıb. O vaxtdan bəri insanların VR texnologiyasından istifadə edərək qarşılıqlı əlaqə qura biləcəyi bir rəqəmsal dünya olan “Horizon”u inkişaf etdirdi. Avqust ayında isə şirkət “Horizon Workrooms”u təqdim etdi.

İnternet əsri sona çatır?

“Metaverse” həvəskarları internetin artıq virtual və real təcrübə arasındakı sərhədləri götürməyə başladığını qeyd edirlər.

Bu arada, “Facebook” “Metaverse”nin tamhüquqlu bir versiyasını gerçəkləşdirməyə çalışan, inkişaf edən texnologiyaya milyonlar axıdan yeganə şirkət deyil. “Fortnite”-ni inkişaf etdirən “Epic Games” bu ilin əvvəlində 1 milyard dollar maliyyə topladığını və bu pulun bir hissəsini “Metaverse” vizyonunu dəstəkləmək üçün istifadə edəcəyini açıqladı.

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR