Saat:00:53
Haqqımızda

Dünyanın ciyərləri yanır: Türkiyədən sonra Yunanıstan, İtaliya, Kanada, ABŞ, Sibir od içində

2021-08-02 17:29:00

Dünyanın ciyərləri yanır: Türkiyədən sonra Yunanıstan, İtaliya, Kanada, ABŞ, Sibir od içində

Hurriyyet.org xəbər verir ki, Türkiyədə ürəkləri yandıran yanğın fəlakəti ilə birlikdə planetimizin dörd bir yanında meşələr alovların qurbanına çevrilib. ABŞ-dan tutmuş Yunanıstana, İtaliyadan Kanadaya qədər bir çox ölkədə milyonlarla hektar meşə sahəsi yanaraq kül olub.

İyul ayı başlanandan bəri ABŞ-ın Kaliforniya ştatı, Rusiyanın Sibir bölgəsi, İspaniya, İtaliya və Yunanıstan başda olmaqla, bir çox ölkə yüksək istilərdən sonra baş verən meşə yanğınlarını söndürmək üçün fövqəladə vəziyyət elan edib.

 

İtaliyada 800-dən artıq yanğın

 

İtaliyanın Milli Yanğınsöndürmə Təşkilatı bu həftəsonu əksəriyyəti ölkənin cənub rayonlarında, Siciliya və Sardiniyada olmaqla, 800-dən artıq meşə yanğınının baş verdiyini bildirib. Siciliyada yerləşən Katanya məntəqəsinin ətrafındakı 200-dən artıq insan təhlükəsiz yerlərə köçürülüb.

24 iyul tarixində Oristano vilayətində baş verən yanğın nəticəsində 20 min hektar ərazi kül olub, 15 000 nəfər insan təxliyə edilib. Yanğınla mübarizədə aciz qalan İtaliya Avropa ittifaqı ölkələrindən yanğınsöndürən təyyarə, avadanlıq və dəstək tələb edib.

 

ABŞ və Kanada

ABŞ-ın Milli Yanğın Mərkəzinin 29 iyul tarixində verdiyi məlumata görə, baş vermiş 82 böyük yanğın nəticəsində 13 ştatda böyük sahələr məhv olub. İdaho, Alyaska və Minnesota ştatlarında yeni böyük yanğınların başlandığı bildirilir.

2021-ci il başlanandan bəri Kanadada 4500-dən artıq yanğın baş verib. Bu rəqəm ölkənin 10 illik ortastatistik göstəricisindən 1000 qat çox hesab olunur. Bir il ərzində 2 150 hektar ərazi yanıb.

 

Yunanıstan

 

Yunanıstanın paytaxtı Afina şəhərinin yaxınlığındakı Dionisos bələdiyyəsinin Stamata rayonundakı meşədə 27 iyulda baş verən yanğın yaşayış məntəqələrinə keçib.

Güclü küləklərin təsiri ilə yayılan alovların yaşayış məntəqələrini təhdid eləməyə başlamasından sonra təhlükəsizlik məqsədi ilə Qalini kəndi boşaldılıb, bəzi yollar bağlanıb.

 

Yakutiya – Rusiya

Rusiyada, Sibirin şimal-şərqində yerləşən Saxa (Yakutiya) Respublikasında iyul ayında başlanan  yanğınları söndürmə səyləri davam edir. Bu günə qədər regionda 1,3 milyon hektar meşə ərazisinin külə döndüyü açıqlanıb. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin dünən verdiyi açıqlamada 144 ayrı bölgədə davam edən yanğınları söndürmək üçün yanğınsöndürənlərin işə davam elədiyini bildirib və fövqəladə vəziyyət elan edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR