Saat:13:01
Haqqımızda

DÜNYANI DAHA DƏHŞƏTLİ PANDEMİYA GÖZLƏYİR - ABŞ və Çinin ortaq layihəsi ifşa olundu

2024-02-26 22:54:34

DÜNYANI DAHA DƏHŞƏTLİ PANDEMİYA GÖZLƏYİR - ABŞ və Çinin ortaq layihəsi ifşa olundu

Kimsəyə sir deyil ki, Covid-19 pandemiyası müddətində dünya qlobal bir həbsxanaya çevrilmişdi. Səbəb virusun yayılmasının qarşısının alınması idi. O dönəmdən bəri daha bir qlobal pandemiyanın baş verəcəyi ehtimalları dolaşır. “White Coat Waste Project” (WCW) layihəsi ABŞ-ın kənd təsərrüfatı nazirliyinin Vuhan şəhərindəki laboratoriyalarda təhlükəli quş qripinin gücləndirilməsi üçün Çin hökümətinə həvalə edilmiş təcrübələrdə iştirak etmək üçün 1 milyon dollar xərclədiyini ifşa edib.

İddia olunur ki, ABŞ-ın kənd tsərrüfatı nazirliyi ilə Çin Kommunist Partiyasının əməkdaşlığı məməlilərə keçə biləcək yeni ölümcül quş qripi ştammlarını yaratmaq üçün heyvanlar üzərində qəddar təcrübələr aparır.

“White Coat Waste Project”-in (WCW) yeni araşdırmalarına istinad edən ABŞ senatoru Coni Ernst ABŞ-ın kənd təsərrüfatı naziri Tom Vilsaka yazdığı məktubda cavab tələb edir.

WCW daha əvvəl belə bir məsələni ortaya çıxarmışdı ki, Vuhanda humanizə edilmiş siçanların daha çox funksionallıq qazanma təcrübələrini ABŞ hökuməti ölkənin vergi ödəyicilərinin pulları ilə maliyyələşdirib və kənd təsərrüfatı nazirliyi pulları Çinin bazarlarında it və pişik ətinə xərcləyib. WCW-nin araşdırmaçıları və senator Coni Ernst (Ayova ştatından olan respublikaçı) ABŞ kənd təsərrüfatı nazirliyinin Çin Komunist Partiyası tərəfindən idarə olunan Çin Elmlər Akademiyası (Wuhan heyvan laboratoriyasının aid olduğu qurum) ilə davam edən əməkdaşlığına vergi ödəyicilərinin ən azı 1 milyon dollar pulunu necə xərclədiyini aşkar ediblər. Bildirilir ki məqsəd "yüksək patogen quş qripini”n məməlilər üçün necə daha yoluxucu hala gətirə bilinəcəyini öyrənmək olub.

WCW-nin üzə çıxardığı hökumət qeydləri bu ikitərəfli əməkdaşlığın 2026-cı ilə qədər maliyyələşdirilməsinin planlaşdırıldığını göstərir. Bu layihə ördək, qaz, bildirçin və digər heyvanları vəhşi quşlarla yoluxdurmaq texnikasından istifadə edən təcrübələri əhatə edir. Hədəf qrip viruslarnın patogenlərini qeyri-təbii, laboratoriya tərəfindən yaradılmış ştammlara çevrilməyə məcbur etmək və onların "məməliləri yoluxdurmaq potensialını" öyrənməkdir.

Üzərində sınaqdan keçirilən xüsusi quş qripi virusları (H5NX, H7N9 və H9N2) insanlar üçün təhlükəlidir və artıq ölümcül epidemiyalara səbəb olub.

Layihənin əsas əməkdaşları ABŞ-ın kənd təsərrüfatı nazirliyinin (USDA) Cənub-Şərqi Quşçuluq Tədqiqat Laboratoriyası, Çin Elmlər Akademiyası və Edinburq Universitetinin Roslin İnstitutudur (Wuhan laboratoriyasının tərəfdaşı). Narahatedici məqam odur ki, USDA-nın heyvanlar üzərində aparılan eksperimentlərdə aparıcı Çin mütəxəssisi heyvanlar üzərində təcrübə aparan, Çin Kommunist Partiyası tərəfindən idarə olunan virus laboratoriyasında direktor müavinidir və ehtimal ki, COVID-ə səbəb olan və onu ört-basdır edən Vuhan heyvan laboratoriyası ilə bağlıdır.

Yeni araşdırmaya istinad edərək, Senatın Kənd Təsərrüfatı Komitəsinin üzvü Coni Ernst kənd təsərrüfatı naziri Tom Vilsaka yazdığı yeni məktubda narahatlığını ifadə edərək bildirib ki, bu heyvan təcrübələri təbii virusları insanlar üçün daha yoluxucu və ölümcül hala gətirən "onlara daha çox funksiya qazandıran", daha dözümlü və daha yoluxucu edən sınaqlar keçirir, laboratoriya qəzalarına və pandemiyalara səbəb olur.

Senator Ernstin məktubunda kənd təsərrüfatı nazirliyinin Çin və Rusiyada sınaqlara xərclədiyi vəsaitlərlə bağlı təfərrüatlar tələb olunur və həmçinin WCW-nin USDA-nın “Kitten Slaughterhouse”, Putinin pişik laboratoriyası və “eksperimental vəhşi heyvanlar ferması” və rəqib ölkələrdəki digər heyvan laboratoriyalarının araşdırmalarına istinad edir.

2018-ci ildə “Kitten Slaughterhouse”un araşdırması ABŞ kənd təsərrüfatı nazirliyinin (USDA) Çindəki çirkli bazarlardan it və pişik ətinin alınması və Merilend laboratoriyasında pişik balalarına zorla yedizdirilməsi ilə bağlı iyrənc işləklərini ifşa etmişdi. Daha sonra, 2020-ci ildə WCW ilk dəfə Vuhanda Çin Kommunist Partiyası tərəfindən idarə olunan laboratoriyada humanitarlaşdırılmış siçanlar üzərində vergi ödəyicilərinin pulu hesabına maliyyələşdirilən təhlükəli virusun funksiya qazanma təcrübələrini ifşa etdi ki, bu təcrübədə “sıfırıncı xəstə” yoluxmuş və COVID pandemiyasına səbəb olmuşdur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.200298