“Dünya Rusiyanı terrorçu dövlət kimi tanımalıdır”

2022-07-29 17:04:00

“Dünya Rusiyanı terrorçu dövlət kimi tanımalıdır”

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, rusiyalı hərbçilərin işğal edilmiş Yelenovkada saxladıqları ukraynalı əsirləri gülləboran etməsindən sonra Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba “Tvitter” səhifəsindəki paylaşmasında bütün dünyanı Rusiya Federasiyasını terrorçu-dövlət kimi tanımağa çağırıb.

Kuleba yazıb: “Rusiyalılar işğal edilmiş Yelenovkada ukraynalı hərbi əsirləri saxladıqları islah müəssisəsini atəşə tutmaqla daha bir dəhşətli hərbi cinayət törədiblər. Bütün tərəfdaşları bu beynəlxalq humanitar hüquq pozuntusunu sərt şəkildə pisləməyə və RF-ni terrorçu-dövlət kimi tanımağa çağırıram”.

“Ukrainksaya Pravda” nəşri Rusiya mətbuatına istinadla bildirir ki, bu gün səhər saatlarında Donetsk vilayətindəki Yelenovka məntəqəsindəki koloniya atəşə tutulub, 50 nəfərdən artıq əsirin öldürüldüyü xəbər verilir.

Ukrayna kəşfiyyatındakı mənbələr atəşi Rusiya ordusunun açdığını bəyan ediblər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054725