Saat:02:56
Haqqımızda

Dünya əhalisinin sayı 8 milyardı keçdi – Qadınların sayı çoxdur, yoxsa kişilərin?

2022-08-15 12:36:00

Dünya əhalisinin sayı 8 milyardı keçdi – Qadınların sayı çoxdur, yoxsa kişilərin?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Yer planetinin əhalinin sayı artaraq 8 milyard nəfəri keçib. Bu barədə məlumat Countrymetrics.info saytında yerləşdirilib. Portalda real zaman rejimində statistikanı əks etdirən virtual sayğac yerləşdirilib.

Məlumatlara görə, kişilərin sayı qadınlarla nisbətdə 1% artıqdır. Dünyanın ən sıx məskunlaşan ölkələri arasında birinci yeri həmişəki kimi Çin (1 456 049 258 nəfər), ikinci yeri Hindistan (1 418 972 027 nəfər), üçüncü yeri ABŞ (336 583 305 nəfər)  tutur. Qonşu Rusiya bu siyahıda 9-cu yerdədir (146 060 101 nəfər).

Saytda göstərildiyinə görə, insanların ölüm səbəbləri arasında birinci yeri ürəyin işemik xəstəliyi (16%) tutur. Bundan başqa, insult və aşağı tənəffüs orqanlarının kəskin infeksiyaları da ilk yerlərdə qərar tutub.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR