Dünya çempionatı: Günün oyunları

2022-11-21 10:57:00

Dünya çempionatı: Günün oyunları

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının ikinci günündə daha 3 oyun keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, oyunlar A və B qruplarında baş tutacaq.

Günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da Dohadakı “Xəlifə” stadionunda start götürəcək.

A qrupunda Niderland və Seneqal milliləri qarşılaşacaq. “Al-Tumama” stadionundakı oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün son matçında “Əhməd ibn Əli” stadionunda Bakı vaxtı ilə saat 23:00-da ABŞ Uelslə üz-üzə gələcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162997