Saat:07:07
Haqqımızda

Dünənki təxribatın sifarişini onlar VERİBMİŞ - Bütün detallar ORTAYA ÇIXDI, ötən gün saat...

2024-02-13 20:45:23

Dünənki təxribatın sifarişini onlar VERİBMİŞ - Bütün detallar ORTAYA ÇIXDI, ötən gün saat...

Sərhəddə 19 sentyabr anti-terror olayından sonra ötən gün ilk, bu gün isə ikinci ciddi insident yaşanıb. Ermənistan Azərbaycanla şərti sərhəddə iki təxribat törədib. Ötən gün saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Dünən gecə saatlarında həm də Tovuz atəşə tutulub.

Ordumuz Ermənistanın Zəngilan istiqamətində təxribatına cavab olaraq "Qisas əməliyyatı" keçirib. Əməliyyat nəticəsində qarşı tərəfin döyüş postu darmadağın edilib. Ermənistan bir neçə hərbçisinin öldüyünü və yaralandığını açıqlayıb.

Bəs sülh prosesinin imzalanmasının reallaşamağa doğru getdiyi bu ərəfələrdə Ermənistanın belə bir addım atması və ya ümumi olaraq sərhəddə baş verənlər nədən xəbər verir?

Bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Ədalət Verdiyev Referans.Az-a açıqlamasında bildirib ki, dünən Ermənistan ordusunun snayperi tərəfindən DSX-nın hərbi qullquçusunun yaralanması birmənalı olaraq Ermənistan tərəfindən planlaşdırılmış və həyata keçirilmiş növbəti təxribatdır:

“Bu təxribat cavabsız qalmadı. Artıq neçənci dəfə idi ki, Ermənistan silahlı qüvvələri bu tipli təxribatlara əl atır. Bu dəfə müşahidə olunan o idi ki, bu təxribat qəsdən törədilib və birmənalı olaraq vəziyyətin gərginləşdirilməsi üçün cəhtdir. Ermənistanın bu kimi fəaliyyətlərinin arxasında birmənalı olaraq onların ərazisində yerləşdirilən Avropa İttifaqının missiyası durur. Onlar öz çirkin niyyətlərini Ermənistan vasitəsi ilə həyata keçirməyə, növbəti dəfə Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa və bununla da sülh sazişi istiqamətində Azərbaycanın göstərdiyi fəaliyyətləri sıfırlamağa çalışırlar”.

Ekspert qeyd edib ki, daha əvvəl də biz Ermənistanın şərti sərhədin İstisu, Qafan və Basarkeçər rayonu istiqamətində təxribatlara hazırlaşdığı barədə məlumatlar vermişdik. Onun sözlərinə görə, Ermənistan tərəfi daha əvvəl törətdiyi təxribatların ağrılı-acılı fəsadlarından heç bir yekun nəticə çıxarmayıb: “Görüntülərdən də açıq-aşkar görünür ki, snayperlər başqa mövqedən məqsədli şəkildə bu mövqeylərə gətirilir, atəş açır və həmin mövqeyi tərk edir. Baş verən erməni təxribatı təsadüfi deyil. Bu qəsdən və əvvəlcədən planlaşdırılmış təxribat idi”.

Bu təxribatın sifarişçisi Avropa İttifaqının Azərbaycanın dövlət sərhədinə yaxın ərazilərdə yerləşdirilən missiyasıdır və bu missiyanın da idarə olunması tamamilə Fransaya aiddir – deyə Ədalət Verdiyev əlavə edib.

 

Aqil Qarayev

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.263519